UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər məlum olub.

Rekord.az xəbər verir ki, bu ada “Milan”dan Rafael Leao, “İnter”dən Lautaro Martines, “Mançester Siti”dən Kevin de Bruyne və “Real”dan Federiko Valverde iddialıdır.

Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçiriləcək səsvermə nəticəsində bəlli olacaq.