
ÇL: Azərbaycan komandası 1/4 finala yüksəldi
- 03 Sen 2022 14:14
- 389
Minifutbol üzrə Azərbaycan çempionu "Beerbaşa" komandası EMF Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, komanda 1/8 finalda Rumıniya təmsilçisi "Old Boys"la üz-üzə gəlib.
Qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb. Penaltilər seriyasında 2:1 hesablı qələbə qazanan "Beerbaşa" 1/4 finala yüksəlib.