“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 23-cü turu çərçivəsində “Karvan-Yevlax”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə barədə bunları söyləyib:


“Bugünkü oyunda daha çox gənclərimizə şans verdik. Düşünürəm ki mövsümün qalan hissəsində də belə olacaq. Kifayət qədər səhvlərə yol verdik. Penaltidən yararlana bilsəydik, bəlkə də burada tam fərqli yöndə danışırdım. Ümumi götürsək, çıxışımızdan narazıyam”.