Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı (I mərhələ) keçiriləcək. "Rekord.az" xəbər verir ki, yarış 24-27 iyun tarixlərində baş tutacaq.

Bakı Su İdmanı Sarayında təşkil olunacaq birincilikdə 15 yaşlı və 15 yaşdan böyük oğlan və qızlar mübarizə aparacaqlar.

Qaliblərə kubok, medal və mükafatlar veriləcək.