
Cerrard Mbappenin qərarını tənqid etdi
- 31 May 2022 14:47
- 475
"Aston Villa”nın baş məşqçisi Stiven Cerrard Killian Mbappenin “Real”a keçmək əvəzinə PSJ-də qalması ilə bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki Cerrard, fransalı futbolçunun PSJ-də qalmaq qərarını tənqid edib:
“Şübhəsiz ki, Kilian Mbappe indi bir az da varlandığını düşünür. Amma yəqin, o, “Liverpul”la final matçına baxıb düşünəcək: “14 dəfə Çempionlar Liqasını qazanan kluba keçməkdən imtina etdim”.
“Real” yenə də finallarda oynayacaq. Çünki bu klub ən yaxşı oyunçularla müqavilə imzalayır.
“Real” sizi dəvət etsə, 100 belə təklifdən 99-da imtina etməyəcəksiz”.