“Neftçi”nin yarımmüdafiəçisi Dario Federiko Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları “Zirə” ilə oyundan (3:0) sonra klubun rəsmi saytına açıqlama verib.

Rekord.az xəbər verir ki, ilk qolun müəllifi olan braziliyalı futbolçu azarkeşlərin dəstəyinə görə sevindiyini bildirib:

“Böyük hesabla qalib gəlsək də, asan olmadı. Çox vacib qələbə idi. Ardıcıl üçüncü qələbədən sonra turnir cədvəlinin 2-ci pilləsinə yüksəldik. Çalışacağıq hər oyunda qalib gəlib, liderlə xal fərqini azaldaq. Çempionluq uğrunda sonadək mübarizə aparacağıq. Azarkeşlərin yenidən bizi dəstəklədiyinə çox sevinirəm. Onlardan hər oyunda dəstək gözləyirik”.