Almaniyanın “Bayern” klubu futbolçusu Korenten Tolisso ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Fransalı yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə yenilənməyib.

2017-ci ildən Münhen təmsilçisində çıxış edən 27 yaşlı oyunçu 5 dəfə Bundesliqa çempionu, 1 dəfə UEFA Çempionlar Liqasının, 2 dəfə isə ölkə kubokunun qalibi olub.

Tolisso həmçinin Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olub. O, “Bayern”də 118 oyuna 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.