Almaniya Bundesliqasında 4-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

Dortmund “Borussiya”sı səfərdə “Herta”nı minimal hesabla üstələyib. “Hoffenhaym” “Auqsburq”u, “Leypsiq” isə “Volfsburq”u məğlub yola salıb. “Bayer” səfərdə “Maynts”ı, “Union Berlin” isə “Şalke”ni darmadağın edib.

Turun mərkəzi oyunu “Bayern”lə Mönhenqladbax “Borussiya”sı arasında baş tutub. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Almaniya Bundesliqası
4-cü tur

26 avqust

Frayburq – Bohum 1:0
Qol: Qrifo, 48.

27 avqust

Herta – Borussiya (Dortmund) 0:1
Qol: Modeste, 32.

Hoffenhaym – Auqsburq 1:0
Qol: Qeyger, 39.

Maynts – Bayer 0:3
Qol: Palasios, 29. Frimponq, 39; 41.

Leypsiq – Volfsburq 2:0
Qol: Nkunku, 5-pen; 90.

Şalke – Union Berlin 1:6
Qol: Bulter, 31-pen – Torsbi, 6. Bekker, 36; 46. Haberer, 45+3. Miçel, 87; 90.

Bayern – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Sane, 83 – Turam, 43.

28 avqust

17:30. Köln – Ştutqart
19:30. Verder – Ayntraxt