ABŞ-də keçirilən klublararası dünya çempionatının finalçısı olan İngiltərə təmsilçisi "Çelsi"nin indiyədək yarışdan əldə etdiyi gəlir bəlli olub.


Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, "zadəganlar" 110 milyon dollar qazanıb.


Komanda finalda qalib gəlsə, gəlir 120 milyon dollara çatacaq.


"Çelsi" həlledici matçda PSJ (Fransa) - "Real" (İspaniya) cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.