"Çelsi"in zədəli futbolçusu Nqolo Kantenin durumuna aydınlıq gəlib. 

Rekord.az "Sky Sports"a istinadən xəbər verir ki, yarımmüdafiəçi ən azı 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə komandanın baş məşqçisi Tomas Tuhel bildirib. O deyib:

"Biz bu haqda danışırıq. Kante dörd həftədən də artıq oynaya bilməyəcək. Nqolonu əvəz etmək çətindir. O, çox unikaldır. Biz oyunçularımıza güvənirik, ona görə də oyun sistemi əvvəlki kimi qalacaq”.

Kante Premyer Liqanın 2-ci turunda "Tottenhem"lə oyunda (2:2) sıradan çıxıb.