"Çelsi" Uesli Fofana transferindən vaz keçib.

Rekord.az xəbər verir ki, "zadəganlar" 21 yaşlı futbolçuya görə üçüncü dəfə "Lester"ə təklif göndərmişdi.

“Tülkülər” isə “Çelsi” ilə Fofana üçün danışıqlara getməkdən imtina edərək onun komandada qalacağını qarşı tərəfə bildirib.

London klubu isə Fofana üçün bir daha təklif göndərməyəcək.

"Lester" Fofanaya görə 95 milyon avro tələb edirdi.

Fransalı futbolçu “Sent-Etyen” yetirməsidi və 2020-ci ildən “Lester”də oynayır.