Azərbaycan atıcısı Nərmin Cəfərova III MDB oyunlarında gümüş medal qazanıb.


Rekord.az xəbər verir ki, idmançı stend atıcılığında ikinci olub.


İlk pilləni Rusiya idmançısı Alina Axatova tutub.


MDB oyunlarında atıcılıq yarışlarına oktyabrın 1-də yekun vurulacaq.