“Cavab matçında fərqli oynamağa çalışacağıq” - Azər Bağırov
- 21:40
- 31
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan kubokunun 1/4 final mərhələsində “Turan Tovuz”a qarşı keçirdikləri oyundan danışıb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Kubokun ilk matçı idi. Çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Cavab matçında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi. Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub mərhələni keçən tərəf biz olarıq.
Bu gün dirəkdən qayıdan topumuz var idi. Rəqib qapısına zərbələrimiz oldu. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq”.