“Araz-Naxçıvan"ın baş məşqçisi Andrey Demçenko Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyətə üzüldükləri matçla bağlı bunları söyləyib:


“Birinci hissə bizim üçün əlverişli olmadı. Standart vəziyyətdən qollar buraxdıq. Səhvlər etdik. Diqqətsizlik nəticəsində "Neftçi" iki qol vurdu. İkinci hissədə bizim üçün daha yaxşı oldu. Təhlükəli qol epizodları yaratdıq. Hücum oyunu oynamaq üçün xüsusi istək lazımdır. Futbolçularda müəyyən psixoloji vəziyyət olmalıdır ki, hücum futbolu oynayasan. Bunu futbolçularda görmədim. "Neftçi"ni təbrik edirəm, yaxşı oynayaraq 4 qol vurdular.


Başa düşürəm ki, 0:4 xoşagəlməz hesabdır. Komandaya hücum futbolu oynamağı öyrətmək istəyirəm. Üç həftənin içərisində psixoloji olaraq dəyişmək də asan deyil. Zaman bunu göstərəcək. Burada qalmağım nəticədən asılıdır”.