
Bundesliqa klubu onun transfer hüquqlarını da aldı
- 12 May 2023 17:00
- 353
Almaniyanın “Köln” klubu İtaliya “Sampdoriya”sından icarəyə götürdüyü Yulian Şabonun transfer hüquqlarını da alıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa klubunun rəsmi saytı məlumat yayıb.
Bu keçid üçün İtaliya klubuna 2.5 milyon avro ödənilib. Almaniyadan olan 25 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Şabo 2022-ci ilin yanvarından formasını geyindiyi “Köln”də 24 oyuna 2 məhsuldar ötürmə edib. O, daha öncə “Sparta” (Rotterdam), “Qroningen” və “Spetsiya” kimi klubların da formasını geyinib.