“Bakı”nın sabiq baş məşqçisi Bülənt Qorxmaz Azərbaycana səfərə gəlib. 

Rekord.az xəbər verir ki, o, Bakıya səfəri ilə bağlı şəkillərini “İnstaqram” hesabında paylaşıb. 

Səfərin məqsədi barədə məlumat yoxdu. Amma onun bu gəlişinin yenidən Azərbaycanda işləməsi ilə əlaqəli olması istisna edilmir. Hətta Nikola Yurçeviçlə yolları ayırmağa hazırlaşan AFFA-nın milli komandanı türkiyəli mütəxəssisə tapşıracağını ehtimal edənlər də var.

Əlavə edək ki, Bülənt Qorxmaz bir neçə gün əvvəl Türkiyə Super Liqa təmsilçisi “Antalyaspor”dan istefa verib. O, 2009/10 mövsümündə “Bakı”nı çalışdırıb.