Budaksız “Altınordu” səfərdən xalsız döndü
- 2019-12-01 16:00
- 747
Futbol üzrə Türkiyə 1-ci liqasında 13-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq üzvü Ufuk Budakın formasını geyindiyi “Altınordu” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Keçiörengücü” ilə qarşılaşıb. Ufukun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Ufuk bu görüşün iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Altınordu” hazırda 10 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.