Bu klublara Premyer Liqada oynamaq üçün lisenziya verilməyəcək
- 13:00
- 56
AFFA yeni mövsüm üçün lisenziyalaşdırma şərtlərini daha da sərtləşdirib.
Rekord.az xəbər verir ki, qızlar komandası olmayan klublara Premyer Liqada oynamaq hüququ verilməyəcək.
Hazırda "Qarabağ", "Zirə", "İmişli", "Kəpəz" kimi klubların qızlar komandası yoxdur. Baxmayaraq ki, onlara 2026-27-ci mövsüm üçün Premyer Liqada oynamağa lisenziya verilib, amma qızlar komandasının yaradlılmasının vacibliyi də diqqətə çatdırılıb.