“Bu gün məğlub olmamalıydıq”
- 19:29
- 40
"Sumayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 20-ci turu çərçivəsində "Araz-Naxçıvan"a qarşı keçirdikləri səfər görüşündən sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:1 hesablı məğlubiyyəti belə şərh edib:
“Rəqibi təbrik edirəm. Bu gün məğlub olmamalıydıq. Penaltidən qol buraxdıq. Hardasa bərabər səviyyəli oyun idi. Gərək uduzmazdıq.
Əvvəlki oyunlarda da bərabər səviyyəli oyun göstərmişik. Bəzən qalib gəlirsən, bəzən uduzursan. Futboldur da.
Növbəti rəqiblərimizin zəif komandalar olduğunu deməzdim. "Qəbələ" səviyyəli komandadır, müəyyən nəticələri var. Asan oyun olacağı fikirləri ilə razı deyiləm.
Komandaya son olaraq Sedrik Badolo gəlib. Yeni oyunçudur. Hələ bir məşq keçib. Güclənməyimizə ehtiyac var. Hələ ki bu heyətlə davam edirik. Transfer pəncərəsi də bağlıdır. Qarşıda bizi çox çətin oyunlar gözləyir. Avrokuboklar uğrunda mübarizə aparacağıq. Həmişə pozitivəm. Amma komanda uduzursa, pozitivliyi qorumaq çətindir. Əsas odur ki, futbolçular meydanda keyfiyyətli oyun göstərsin. Uduzan komandanın baş məşqçisi kimi sevinməli bir şey görmürəm”.