“İmişli”nin baş məşqçisi Xorxe Kaskilya Misli Premyer Liqasının 21-ci turunda “Şamaxı”ya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, qolsuz (0:0) bitən görüş haqda bunarı söyləyib:


"Matç gözlədiyimiz kimi də, çətin keçdi. “Şamaxı” uzun ötürmələrlə fiziki futbol üslubunda oynayır. Çoxlu qayda pozuntuları oldu və bu da oyunun tempini aşağı saldı. “İmişli” bu gün qalib gəlməyə daha yaxın idi. İki xal itirdik. Top iki dəfə dirəyə dəydi. Qol vurmağa yaxın idik, amma bəxtimiz gətirmədi. Sona yaxın qol vurmağa da çalışdıq, amma alınmadı. Nəticədə istədiyimiz nəticəni əldə edə bilmədik".