Göygöl Rayon Gənclər və İdman İdarəsinin Rayon Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ağsaqqallar arası nərd stolüstü oyunu üzrə rayon birinciliyi Ağsaqqallar evində keçirildi.

Rekord.az xəbər verir ki, tədbirdə Gənclər və İdman idarəsinin rəisi Zaur Abbasov, Rayon Ağsaqqallar Şurasının sədri Dilqəm Dilənov da iştirak edərək, tədbir iştirakçılarına təşəkkürlərini çatdırdılar.

Rayon birinciliyində yer tutan iştirakçılar idarə tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı.