Belçikanın “Brügge” klubunun iki futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə qapıçı Simon Minolye ilə yarımmüdafiəçi Şarl de Keteların COVİD-19 testinin müsbət çıxdığı diqqətə çatdırılıb. Hər iki futbolçu Avropa Liqasının 1/16 final mərhələsinin Kiyev “Dinamo”su ilə keçiriləcək cavab oyununu buraxmalı olacaq.

Sabah keçiriləcək “Brügge” – “Dinamo” (Kiyev) matçına Bakı vaxtı ilə saat 00:00-da start veriləcək. Komandalar arasındakı ilk oyunda qalib müəyyənləşməyib - 1:1.