
Braziliya millisinin heyəti açıqlandı
- 12 Mar 2022 14:21
- 545
Braziliya millisinin DÇ-2022-nin seçmə mərhələsində mart ayında keçirəcəkləri matçlar üçün heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, heyətdə aşağıdakı oyunçular yer alıb:
Qapıçılar: Alisson Bekker ("Liverpul"), Ederson ("Mançester Siti"), Vaverton ("Palmeyras");
Müdafiəçilər: Danilo ( "Yuventus"), Dani Alves ("Barselona"), Aleks Telles ("Mançester Yunayted"), Giyerme Arana ("Atletiko Mineyro"), Tiaqo Silva ("Çelsi"), Markinyos (PSJ) Eder Militao ("Real"), Qabriel Maqalhaes ("Arsenal");
Yarımmüdafiəçilər: Artur ("Yuventus"), Kazemiro ("Real"), Fred ("Mançester Yunayted"), Fabinyo ("Liverpul"), Bruno Gimaraes ("Nyukasl"), Filipp Koutinyo ("Aston Villa"), Lukas Paqueta ("Lion");
Hücumçular: Entoni ("Ayaks"), Rafinya ("Lids"), Riçarlison ("Everton"), Neymar (PSJ), Qabriel Martinelli ("Arsenal"), Vinisius Junior, Rodriqo Qoes (hər ikisi "Real").
Qeyd edək ki, Braziliya millisi martın 25-də öz meydanında Çili millisini qəbul edəcək, martın 29-da isə səfərdə Boliviya ilə qarşılaşacaq.