Azərbaycan avarçəkənləri Slovakiyada yeniyetmə və gənclər arasında keçirilən kayak, kanoe üzrə 38-ci beynəlxalq “Bratislava Reqatası”nda daha bir qızıl medal qazanıb.


Rekord.az xəbər verir ki, 20-dən çox ölkənin mübarizə apardığı turnirdə komanda uğurlu çıxışını davam etdirir.


Ötən gün 1 nəfərlik kanoe qayığında 200 metr məsafəyə yürüşdə qızıl medala layiq görülən Tatyana Smilovenko ikinci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, bu dəfə 500 metr məsafədə bütün rəqiblərini geridə qoyub.


Yarışların ilk günündə kayak qayığında 200 metr məsafədə mübarizə aparan Əlimurad Hacızadə ikinci yer tutub.