Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Antonios Papadopulos ilə müqavilənin müddətini artırıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu yeni sözləşməyə əsasən 2024-cü ilin yayına kimi “Borussiya”nın uğurları üçün çalışmağa davam edəcək. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayına kimi idi.

Papadopulos “Borussiya”ya 2021-ci ilin iyulunda “Halleşer” klubundan gəlib. Dayaq yarımmüdafiəçisi daha öncə Almaniyada “Aalen” klubunun da formasını geyinib. O, Dortmund təmsilçisinin əsas komandasında cəmi 2 matça çıxıb. Əslən Yunanıstandan olan futbolçu Almaniyada dünyaya göz açdığı üçün bu ölkənin vətəndaşlığını daşıyır.