"Borussiya" (Dortmund) Bundesliqada növbəti matçına çıxıb. 

Rekord.az xəbər verir ki, Dortmund təmsilçisi 23-cü turda evdə Münhenqladbax "Borussiya"sı ilə qarşılaşıb.

Marko Rouzun baş məşqçisi olduğu komanda rəqibini darmadağın edib - 6:0. 

Qeyd edək ki, Dortmund "Borussiya"sı turnir cədvəlində 49 xalla 2-ci, Münhenqladbax "Borussiya"sı isə 26 xalla 13-cüdür. 

"Borussiya" (Dortmund) - "Borussiya" (Münhenqladbax) - 6:0

Qollar: M.Roys, 26, 82, Malen, 32, Volf, 70, Moukoko, 74, Can, 90+1 pen.