"Bolonya"da ayrılıq baş verə bilər.

Rekord.az xəbər verir ki, baş məşqçi Sinişa Mixayloviçin tutduğu vəzifədən qovulması müzakirə olunur. Klub rəhbərliyi mütəxəssisin istefaya göndərilməsi imkanını nəzərdən keçirir.

Yekun qərar komandanın İtaliya çempionatında növbəti iki oyunundan sonra veriləcək: altıncı turda “Bolonya” “Fiorentina” ilə, yeddinci turda “Empoli” ilə oynayacaq.