Bölgə klubundan legioneri ilə yeni müqavilə
- 20 İyn 2026 22:00
- 161
“Şahdağ Qusar” yeni mövsüm üçün heyətini formalaşdırmağa davam edir.
Rekord.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Aqostinyo Çipesse ilə yeni müqavilə imzalanıb.
Anqolalı yarımmüdafiəçi növbəti mövsümü “Şahdağ Qusar”ın heyətində keçirəcək.
Çipesse yanvar ayından komandanın formasını geyinir.
Xatırladaq ki, “Şahdağ Qusar” bundan öncə qapıçısı Müşviq Nadirov ilə də müqaviləni yeniləyib.