Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Neftçi-2” - “Sabah-2” oyununda “Neftçi”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Hər iki komandanın qapıçısının formasında qüsur olduğundan oyun gec başlayıb. Bu üzdən klublar 80 manat cərimə olunublar.

“Kəpəz” – “Qəbələ” oyununda “Kəpəz”in 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Sumqayıt-2” – “Qaradağ Lökbatan” oyunundan öncə “Qaradağ Lökbatan”ın nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Turan Tovuz” – MOİK oyununun 28-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Fərmayıl Əliyev “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 160 manat cərimə olunub. MOİK-in 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub.

“Səbail-2” – “Zirə-2” oyununda “Səbail”in 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyun gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunub. Oyun günü planına riayət edilmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunub. Oyundan öncə nəzarət buraxılış xidmətinin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunub. “Zirə”nin nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün klub 80 manat cərimə olunub. “Zirə” matçın ikinci hissəsində meydançaya gec çıxdığı üçün klub 240 manat cərimə olunub. “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunub. Oyunun 71-ci dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.