Futbol üzrə Azərbaycan Birinci Divizionunda 8-ci turun oyunları üçün bütün təyinatlar müəyyənləşib.

Rekord.az sizi həmin təyinatlarla tanış edir:

Birinci Divizion
8-ci tur

24 oktyabr

“Ağsu” – “Sumqayıt-2”
Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamal Umudlu
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Ağsu şəhər stadionu

“Sabah-2” – “Keşlə-2”
Hakimlər: Rəhman Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena” (ehtiyat meydança)

“Zaqatala” – “Kəpəz”
Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala şəhər stadionu, (canlı yayım/pfl.az)

25 oktyabr

“Qarabağ-2” – MOİK
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Kərim Zeynalov, Etibar Həsənov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

“Zirə-2” – “Neftçi-2”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Elxan Əsgərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“AZAL Arena”, (canlı yayım/pfl.az)

“Səbail-2” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Əmrahov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”

Qeyd edək ki, turun “Qarabağ-2” – MOİK oyunu saat 15:30-da, digərləri 14:30-da başlayacaq. 8-ci turda “Turan Tovuz” komandası istirahət edəcək.