
Birhoffun gedişi onun qərarını da dəyişə bilər
- 07 Dek 2022 15:45
- 393
Qətər mundialındakı uğursuzluğa baxmayaraq, Flik Almaniya millisinin baş məşqçisi postundan getməyəcəyini açıqlamışdı.
Lakin Rekord.az xəbər verir ki, Oliver Birhhoffun millinin baş meneceri postundan gedişi Flikin də qərarına təsir edə bilər.
Çünki Birhoffla yaxın dostdular və onun Almaniya millisinə təynatında Birhoffun böyük əməyi olub.
Qeyd edək ki, Almaniya millisi Yaponiya, İspaniya və Kosta Rika milliləri ilə eyni qrupda yer alsa da, qrupdan çıxa bilməmişdi.