
Bir vaxtlar "Kəpəz"də oynayırdı, indi Ukraynada döyüşür
- 01 İyn 2022 13:00
- 572
"Kəpəz"in sabiq legioneri Aleksandr Sıtnik ölkəsi Ukraynada döyüşlərə qoşulub.
Rekord.az xəbər verir ki, 38 yaşlı hücumçu Slavyansk şəhərinin müdafiəsində iştirak edir.
İlk günlərdə səngərdən-səngərə qaçdığını deyən forvard nə baş verdiyini anlamadığını bildirib:
"Əvvəl gizlənirdim. Amma artıq öyrəşmişəm. Daha doğrusu, buna alışmaq qeyri-mümkündür.
Anlayıram ki, başımın üstündən mərmilər uçur və istənilən vaxt mənə dəyə bilər. Sadəcə, indi qorxu yoxdur, müəyyən təcrübə qazanmışam".
Aleksandr Sıtnik 2015/2016 mövsümündə "Kəpəz"də çıxış edib.