Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 may 2023-cü il tarixində Binəqədi rayonunun ərazisində yerləşən Azfar MMC-nin stadionunda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol turniri keçirilib.

Rekord.az xəbər verir ki, mini futbol turnirinin nəticəsinə əsasən 1-ci yeri 144 №-li tam orta məktəbin komandası , 2-ci yeri 246 №-li məktəb-liseyin komandası, 3-cü yeri 3 №-li tam orta məktəbin komandası tutub.