Biləsuvarda “İdeyanı reallaşdır 2022” fərdi müsabiqəsinin qalibi olmuş, şəhid futbolçu Nəriman Əlizadənin xatirəsinə həsr olunmuş gənclər arası mini futbol turniri layihəsinin lll yer uğrunda mübarizə və final oyunları keçirilib.

Rekord.az xəbər verir ki, ilk oyunda Xırmandalı kənd 1 saylı tam orta və Dərvişli kənd tam orta məktəbləri arasında lll yer uğrunda mübarizə aparıblar.

Oyun 4:0 hesabı ilə Xırmandalı kənd 1 Saylı tam orta məktəbin qələbəsi ilə yekunlaşıb. Günün ikinci oyunu maraqla gözlənilən final oyunu olub. Oyun N.Gəncəvi adına 1 saylı tam orta və Xırmandalı kənd 2 saylı tam orta məktəbləri arasında keçirilib. Son dəqiqəyə qədər gərgin mübarizə şəraitində keçən oyunda N.Gəncəvi adına 1 saylı tam orta məktəbin qalibiyyəti ilə başa çatıb. Beləliklə N.Gəncəvi adına 1 saylı tam orta məktəb turnirin çempionu adını qazanıb.

Qaliblər kubok, medal və fəxri fərmanlarla təltif edilib.