“Bəzi futbolçularımız 90 dəqiqə oynamağa hazır deyil” - Saşa İliç
- 20:00
- 30
"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Bizon Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Zirə"yə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:0 hesablı heç-heçəni belə şərh edib.
“Kubok oyunları iki matçdan ibarətdir. Bu gün meydanda bərabər oyun gördük. Hər iki komandanın bir neçə qol epizodu oldu. Nəticəni ədalətli hesab edirəm.
Əlimizdə olan futbolçularla oynayırıq. Qısa müddətdə eyni rəqiblə iki oyun keçirmək təbii ki, çətindir. Uğurlu nəticə əldə etmək üçün optimal heyəti qurmağa çalışacağıq.
Kubok matçıdır. Təbii ki, ehtiyatlı oynadıq. Havanın da təsiri oldu. "Zirə" kimi komandaya qarşı diqqətli olmaq lazımdır. Rəqibin də çox şansları olmadı. Bizim də epizodumuz oldu. Müdafiəçi Səbuhi Abdullazadənin zərbəsini blokladı. Davamında rəqib əks-hücuma çıxdı. Son dəqiqələrdə daha zəif oynadığımızı deməzdim. Bəzi futbolçularımız zədədən sonra 90 dəqiqə oynamağa hazır deyil. Xüsusilə də gənc oyunçuları qeyd edərdim. Buna görə bəzi dəyişikliklər etməliyik. Bunun da təsiri ola bilər.
Həmişə demişəm ki, daha sadə oynamalıyıq. Topu itirəndə mübarizəni davam etdirməliyik. Hava pis olsa da, meydançamız əla vəziyyətdə idi. Ona görə də hava şəraiti bəhanə ola bilməz”.