Beyləqan Rayon Təhsil Sektorunun, Gənclər İdman İdarəsinin iştirakı ilə DSX-nin Beyləqan rayon “N” saylı hərbi hissəsində Sərhədyanı kənd məktəbləri arasında “Sərhəd ” hərbi- idman oyununun rayon mərhələsi keçirilib.

Rekord.az xəbər verir ki, yarışın nəticələrinə əsasən 1-ci yerin qalibi Qaradağlı kənd tam orta məktəbin "Bozqurd" komandası, 2-ci yerin qalibi II Şahsevən kənd tam orta məktəbin "Polad" komandası, 3-cü yerin qalibi isə Araz qəsəbə tam orta məktəbin "Zirvə" komandası elan olunub.

Qalib gəlmiş komandalar diplom və kubokla mükafatlandırılıb.