"Real"ın qolçusu Kərim Benzema Çempionlar Liqasının finalında "Liverpul"la qarşılaşmada qazanılan qələbəni (1:0) şərh edib.

Rekord.az xəbər verir ki, o deyib:

“Bu komanda ilə fəxr edirik. Biz "Qızıl dubl" etdik və buna layiqik. Çətin oyun idi, amma bu, həmişə Çempionlar Liqasında, hətta finalda da olur.

Öz ölkəm olan Fransada daha bir Çempionlar Liqasını qazanmaq mənim üçün çox şey deməkdir”.

Qeyd edək ki, Benzema 15 qol vuraraq Çempionlar Liqasında bu mövsümün ən yaxşı bombardiri olub.

"Real" 2021/2022 mövsümündə La Liqanın da qalibi olub.