Fransa millisinin sabiq üzvü Tyeri Anri "Qızıl top"a namizədləri haqda danışıb.

Rekord.az xəbr verir ki, o, "CBS Sports"a açıqlamasında "Real"ın forvardı Kərim Benzema və "Liverpul"un hücumçusu Sadio Manenin adını çəkib.

"Benzema və Mane favoritdir. Bu, finala istiot əlavə edəcək, onu daha da böyüdəcək. Mən hələ də Benzemanın irəlidə olduğunu düşünürəm, amma Mane "Liverpul"la Çempionlar Liqasını qazansa, bu, güclü səbəb olacaq. Manenin "Qızıl top"u qazanması Afrika üçün əla olardı, amma mən hələ də Benzemanı dəstəkləyirəm".

Qeyd edək ki, "Real"la "Liverpul" arasında final matçı mayın 28-də keçiriləcək.