“Sabah” iyulun 10-da UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Sloveniyanın “Çelye” komandasını qəbul edəcək.


Rekord.az xəbər verir ki, “Bank Respublika Arena”da keçiriləcək oyundan iki gün əvvəl Masazır təmsilçisinin yeni baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.


Litvalı mütəxəssis qarşıdakı oyunu səbirsizliklə gözlədiklərini bildirib:


“Həqiqətən də, şadam, məmnunam ki, oyun öncəsi bu qədər jurnalist görürəm. Həmişə Avropada futbol olanda ictimaiyyət üçün çox həyəcanlı olur. Biz də çox istəkliyik. Rəqibin gücünü bilirik. Son mövsümdə Avropadakı çıxışlarından xəbərimiz var. Bu komandanın keçən mövsüm Konfrans Liqasında 1/4 finala qədər gəldiyini bilirik. Ona görə də, bu oyunu səbirsizliklə gözləyirik. Söz verirəm ki, ən yaxşı performansımızı göstərmək üçün əlimizdən gələni edəcəyik. Bütün bizi dəstəkləyənləri bu oyuna dəvət edirəm.


“Sabah” mənə təklif göndərəndə başqa klubla da müqaviləm var idi. Amma bu komandanın iddialı olması qərarımda həlledici oldu. İnanıram ki, qarşıdakı oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirəcəyik.


Bu tip oyunlarda bəzən xırda detallar həlledici olur. Buna baxmayaraq, biz rəqibi az da olsa, təhlil edirik. Amma mən istər Avstriya toplanışında olsun, istərsə də Bakıdakı məşqlərimizdə oyunçularımın necə istəkli olduğunu gördüm. Mənim üçün əsas olan budur”.


Tərəflər arasında cavab matçı iyulun 17-də, saat 22:00-da start götürəcək.