“Belə məğlubiyyətlər adamı üzür” - Azər Bağırov
- 17:30
- 34
“Kəpəz” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Turan Tovuz”la üz-üzə gəlib.
Rekord.az xəbər verir ki, 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun oyundan sonra mətbuat konfransı olub.
Bağırov belə məğlubiyyətlərin adamı üzdüyünü bildirib:
“Azarkeşlərimizə təşəkkür etmək istəyirəm, məğlub olmağımıza baxmayaraq, sona kimi dəstəklədilər. Eyni vəziyyətlərdən qollar buraxırıq. Belə məğlubiyyətlər adamı üzür. Belə hallarda nəyisə demək çətindir. Standart vəziyyətlərdən buraxılan qollar daha çox qapıçılar üzrə məşqçinin üzərinə düşür. Qarşıda “Turan Tovuz”la çempionat oyunumuz var, ona hazırlaşacağıq. Qalib gəlib azarkeşlərimizi sevindirmək istəyirik. Turnir cədvəlində yuxarı pillələrə qalxmaq istəyirik. Komandamızda ciddi zədə problemi yoxdur.
Komandanı mən yığmamışdım. Heyət baxımından da ən çox yerli futbolçu bizdədir. Balans məsələsi var. Buna baxmayaraq, uşaqlar döyüşürlər. Bu oyunda yaxşı çıxış etdilər. Sadəcə, belə vəziyyətlərdən qol buraxdıqda, komandada bir növ, ruh düşkünlüyü olur.
Komandanı sıfırdan yığsam, mənim üçün asan olacaq. Burada qalmağım rəhbərliklə fikirlərin üst-üstə düşməsindən asılıdır. Demək olar ki, bu, hər yerdə belədir. Şükürlər olsun, bu gün hər şey qaydasındadır. Maaşımız, “premiya”mız… Başqa nə lazımdır?”