Belçika yığmasının və "Brügge"nin futbolçusu Maksim de Köyper karyerasını İngiltərənin “Brayton” klubunda davam etdirəcək.


Rekord.az bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.


24 yaşlı müdafiəçi ilə 2030-cu ilə qədər müqavilə imzalanıb.


De Köyper "Brügge"nin heyətində ümumilikdə 114 matçda meydana çıxıb, 9 qol və 22 məhsuldar ötürmə müəllifi olub.