Belçika millisinin baş məşqçisi istefa verdi
- 01 Dek 2022 22:05
- 604
Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.
Rekord.az xəbər verir ki, ispaniyalı məşqçi Xorvatiya ilə qolsuz başa çatan matçdan sonra istefa verdiyini açıqlayıb. Bununla belə, o bildirib ki, bu qərarı o, turnirdən öncə veribmiş.
Qeyd edək ki, son dünya üçüncüsü olan Belçika qrupda 3-cü olaraq mundialla erkən vidalaşıb.
Xatırladaq ki, 49 yaşlı məşqçi 2016-cı ildən komandanı çalışdırırdı. Onun rəhbərlik etdiyi dönəmdə Belçika millisi 3 il FIFA reytinqinə başçılıq edib. Onu da bildirək ki, Belçika Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində rəqiblərindən biridir.