Belarus çempionatında bu mövsümün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, Solirqorsk "Şaxtyor"u 30-cu turda "Belşina"nı 4:1 hesabı ilə məğlub edərək çempion olub.

Bu qələbə sayəsində xalını 65-ə yüksəldən komanda 1-ci yeri tutub.

"Energetik-BGU" Minsk (60 xal) çempionatı 2-ci, BATE Borisov (59) 3-cü pillədə vurub.

“Şaxtyor” ardıcıl 3-cü, klub tarixində isə 4-cü dəfə Belarus çempionu olub.