Belarus mətbuatı yerli futbolçuların xarici klublara son transferlərini şərh edərkən, müdafiəçi Yeqor Xvalkonun "Kəpəz"ə keçidini də qeyd ediblər.

Rekord.az xəbər verir ki, “Football.by” portalı belaruslunun Gəncə klubuna transferi haqda bu cür yazıb:

"Azərbaycan futbolumuzun nümayəndələri üçün getdikcə əsas məkana çevrilir. Qışda Aleksey Baqa "Sumqayıt"ın baş məşqçi postuna keçdi. Aleksandr Neçayev isə "Rux"u (Brest) "Sabah"a dəyişdi. Yayda “Neftçi” ilə müqavilə imzalayan Yeqor Boqomolskinin ardınca Xvalko da Azərbaycana yollanıb.

Bu klub üçün 90-cı illər qızıl dövr hesab edilir. Həmin vaxtı onlar üç dəfə ölkə çempionu, dörd dəfə kubokun sahibi olub.. Sonra o, üç dəfə elitanı tərk etdilər. Yayda isə komanda yenidən Premyer Liqaya qayıtdı. Maraqlıdır ki, “Kəpəz” bunun üçün heç bir xüsusi nəticəyə ehtiyac duymadı, onlar nəinki çempion heç mükafatçı deyildi.

Ola bilsin ki, indi bu, komandanın hazırkı vəziyyətinə də təsir edir. Onlar xalsız qalıb və 4 qol vurub, 14 top buraxıblar. Yeri gəlmişkən, yayda Xvalko ilə bərabər “Kəpəz” heyətini “Neman”dan tanıdığımız Giorgi Kantariya və “Jil Visente”nin keçmiş üzvü nigeriyalı Ahmed Ayzaya ilə gücləndirib. Amma gördüyümüz kimi, bütün bunlardan hələ çox az fayda verir”. (sportal.az)