Belarus mətbuatı Azərbaycan millisini ələ saldı
- 17:00
- 34
Belarus mətbuatı heç vaxt dünya çempionatı və Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməmiş ölkələrdən bəhs edərkən, Azərbaycan milli komandasına da toxunub.
Rekord.az xəbər verir ki, “Onliner” Azərbaycan millisi haqda bunları qeyd edib:
“Qazaxıstanda olduğu kimi, maliyyə yardımları Azərbaycan klub futbolunun inkişafına kömək edib: “Qarabağ” son illərdə Avropa yarışlarında müntəzəm olaraq iştirak edir və bu mövsüm Çempionlar Liqasında böyük uğur qazanıb. Lakin bu, milli komandaya heç bir fayda gətirməyib. Azərbaycan üçün seçmə mərhələdə cəmi bir qələbə artıq uğur hesab olunur. Amma komanda heç vaxt dünya çempionatı və ya Avropa çempionatının final mərhələsinə yaxınlaşmayıb.
Hətta ulduzların dəvəti də onlara kömək etməyib. 2024-cü ildə milli komandaya Portuqaliya ilə AÇ-2016-nı qazanan və bundan əvvəl zəif Yunanıstanı çempionatın pley-off mərhələsinə aparmış Fernando Santos rəhbərlik edib. Baş məşqçi əlbəttə ki, Kristiano Ronaldonu və onun komanda yoldaşlarını da özü ilə gətirə bilməyib. Nəticə də yaxşı olmadı. 11 matçda (onlardan biri Belarusla yoldaşlıq oyunu) 9 məğlubiyyətdən sonra 70 yaşlı məşqçi postundan qovuldu”.