
Bekhemin rekordunu təkrarladı
- 30 Noy 2022 16:45
- 417
İngiltərə millisinin kapitanı Harri Keyn yığmanın sabiq üzvü Devid Bekhemin rekordunu təkrarlayıb.
Rekord.az "Opta"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu qrup mərhələsində 3 məhsuldar ötürmə ilə yadda qalıb.
2002-ci ildə keçirilən mundialda Bekhem də üç assist müəllifi olub.
Qeyd edək ki, 7 xalla qrup lideri olan İngiltərə 1/8 finalda Seneqalla üz-üzə gələcək.