Bəhlul Mustafazadə əməliyyat olundu
- 17:00
- 29
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
Rekord.az Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.