Almaniyanın “Bayern” klubu idman direktoru Hasan Salihamiciçlə müqavilənin müddətini uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.

45 yaşlı Salihamiciçlə yeni müqavilə 30 iyun 2026-cı ilə qədər hesablanıb. 

“Bayern”in keçmiş futbolçusu 2017-ci ilin avqustundan bu vəzifədə çalışır.