“Bayer”in baş məşqçisi Xabi Alonso Avropa Liqasının ilk yarımfinal matçında “Roma”ya 0:1 məğlubiyyəti şərh edib.

Rekord.az xəbər verir ki, o, cavab oyunu və final şansları haqda danışıb: "Təbii ki, nəticədən narazıyıq. Çünki uduzmaq istəmirdik. Bununla belə, bilirik ki, növbəti həftə qələbə üçün daha bir şansımız olacaq. Amma biz bilirik ki, gələn həftə bizim daha bir fürsətimiz olacaq və nə etmək lazım olduğunu anlayırıq. Səhv etməyə haqqımız yoxdur".