"Bavariya" futbolçusu Yosip Stanişiçlə müqaviləni uzadıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı müdafiəçi ilə yeni müqavilənin müddəti 2026-cı ilə qədərdir. Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, Stanişiç bu mövsüm Bundesliqada və Çepionlar Liqasının hər birində 5 matç keçirib.